...

Nazir müavini: Avropa qonşuluq siyasəti Fəaliyyət planının Azərbaycanla bağlı layihələrinin reallaşdırılması asan olmayacaq

Siyasət Materials 3 Oktyabr 2006 11:32 (UTC +04:00)

Avropa qonşuluq siyasəti (AQS) Fəaliyyət planının Azərbaycanla bağlı bəzi razılaşdırılmamış bəndləri "Üçlüyün" Azərbaycana səfəri zamanı müzakirə olunacaq. Bu haqda Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend ə eksklüziv olaraq məlumat verib.

Onun fikrincə, bu, Azərbaycan və AB arasında danışıqlar prosesinə təsir göstərməyəcək. Sənəd qəti olaraq bu ilin noyabr ayının ortalarında Brüsseldə təsdiq olunacaq.

Nazir müavininin verdiyi xəbərə görə, AQS-nin Fəaliyyət planının əsasında indikativ proqramlar təsdiq olunacaq, bu proqramların sənədin təqdirindən sonra həyata keçiriləcəyi gözlənilir. Proqramlar istiqamətinə görə siyasi, iqtisadi, sektoral və b.-dır. Onların əsasında konkret layihələr hazırlanacaq.

Məsələn, siyasi proqramlara təhlükəsizlik məsələləri, sərhədlərin mühafizəsi, insan haqları, demokratikləşmə məsələsi, münaqişənin həlli daxildir.

M.Məmmədquliyevin fikrincə, bu layihələrin reallaşdırılması asan olmayacaq və Azərbaycan AB-nin tələblərinə cavab vermək üçün səy göstərməlidir.

Xəbər lenti

Xəbər lenti