...

Mətbuat katibi: Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin gündəliyi hazırlanıb

Siyasət Materials 3 Oktyabr 2006 15:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin gündəliyi hazırlanıb. Bu barədə Trend ə eksklüziv olaraq Latviya prezidetinin mətbuat katibi Ayva Rozenberq (Aiva Rozenberge) məlumat verib.

Azərbaycan prezidenti Riqaya oktyabrın 3-də axşam gələcək və həmin günə heç bir tədbir planlaşdırılmayıb. Oktyabrın 4-də səhər Riqa qəsrində İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçiriləcək. Bunun ardınca prezidentlərin təkbətək, sonra isə hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları baş tutacaq.

Daha sonra mətbuat konfransı və ikitərəfli sənədlərin imzalanması mərasimi keçiriləcək. Rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil, elm sahəsində və Maliyyə nazirlikləri arasında sazişlər, eləcə də dövlət başçılarının birgə bəyannaməsi imzalanacaq. Azadlıq abidəsi önünə əklillərin qoyulması, Latviyanın baş naziri və parlament sədri ilə görüşlər, Latviya Dövlət Universitetinə baş çəkərək burada çıxış etmək və Azərbaycan prezidentinin şərəfinə rəsmi qəbul da səfər proqramına daxildir.

Oktyabrın 5-də səhər prezidentlər Vayra Vike-Freyberqa (Iaira Iike-Freiberga) və İlham Əliyev birgə biznes-forumda iştirak etmək niyyətindədirlər. Daha sonra Azərbaycan rəhbəri Riqa şəhərinin meri ilə görüşəcək, İşğal Muzeyinə baş çəkəcək, köhnə Riqaya qısa ekskursiya edəcək və Azərbaycan icması ilə görüşəcək. Bununla da günün birinci yarısında səfər başa çatacaq.

Xəbər lenti

Xəbər lenti