...

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının növbəti iclası noyabrda keçiriləcək

Siyasət Materials 4 Oktyabr 2006 15:47 (UTC +04:00)

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının növbəti iclası noyabrda keçiriləcək. Bu barədə Trend ə diplomatik mənbələr məlumat verib.

İclas çərçivəsində tərəflər xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələni müzakirə etmək niyyətindədir. Əsasən, mal dövriyyəsinin $100-200 mln səviyyəyədək artırılması imkanları müzakirə olunacaq. Qeyd edək ki, bu barədə tərəflərə dövlət başçıları səviyyəsində Bakı və İslamabada rəsmi səfərlər zamanı tapşırılıb. Komissiyanın iclasında daha sıx iqtisadi əlaqələr qurmaq üçün iş adamlarının qarşılıqlı səfərlərinin təşkil olunmasına dair məsələ də müzakirəyə çıxarılacaq.

Komissiyanın Azərbaycan tərəfindən sədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfindən isə ölkənin neft naziri Nuraiz Şakur Xandır.

Xəbər lenti

Xəbər lenti