...

YAP-ın internet səhifəsi yeniləşib

Siyasət Materials 4 Oktyabr 2006 16:44 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet səhifəsi yeniləşib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, partiyanın internet səhifəsi daha zəngin və müasir dizaynda İnternet istifadəçilərinin xidmətinə təqdim edilib. YAP-ın yeniləşmiş İnternet səhifəsi xəbərlər, ümumilli lider, partiya haqqında, fəaliyyəti, analitika, müsahibələr və mətbuat xidməti bölmələrindən ibarətdir.

İnternet səhifəsində Azərbaycan Respublikası prezidentinin görüşləri, sərəncamları, müsahibələri, çıxışları, hökumətin və Milli Məclisin həyatında mühüm hadisələr, eləcə də YAP-ın cari fəaliyyətində baş verən hadisələr, partiyada keçirilən mətbuat konfransları, ayrı-ayrı aktual mövzularda keçirilən sorğular və onun nəticələri, həmçinin partiyanın tanınmış simalarının ölkənin ictimai-siyasi həyatındakı mühüm hadisələrlə bağlı şərhləri və müsahibələri ilə gündəlik tanış olmaq olar.

Yaxın vaxtlarda partiyanın İnternet səhifəsi ingilis dilində də internet istifadəçilərinin xidmətinə təqdim olunacaq.

YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti