...

Milli Məclisin iki daimi komissiyasının birgə iclası keçirilib

Siyasət Materials 4 Oktyabr 2006 19:51 (UTC +04:00)

Oktyabrın 4-də Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli gündəlikdəki Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, eləcə də bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında ətraflı məlumat verib. Hadi Rəcəbli bildirib ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər əsasən Həmkarlar İttifaqları ilə bağlıdır. Qanunun ayrı-ayrı maddələrində mühüm dəyişikliklər edilmişdir ki, bu da işçilərin hüquqlarının qorunmasına xidmət edir. Digər qanunvericilik aktları da əlavə və dəyişikliklərə əsasən əsaslı surətdə təkmilləşdirilib.

İclasın sonunda "İnformasiya əldə etmək haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti