...

Sabir Rüstəmxanlı Avropa Şurasının Moskvada keçiriləcək beynəlxalq forumuna dəvət alıb

Siyasət Materials 5 Oktyabr 2006 14:07 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Rusiya Federasiyasının Dövlət Dumasında keçiriləcək "Demokratiya quruculuğunda siyasi partiyaların rolu" mövzusunda beynəlxalq foruma rəsmi dəvət alıb. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

VHP sədrinə dəvət məktubu Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linden və Rusiya Dövlət Dumasının sədri Baris Qrızlov tərəfindən göndərilib.

Beynəlxalq Forum 18-19 oktyabr 2006-cı ildə Avropa Şurası və AŞPA-nın təşkilatçılığı ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti