...

İyul-sentybar aylarında baş vermiş ağır cinayətlərin əksəriyyətinin üstü açılıb

Siyasət Materials 6 Oktyabr 2006 18:39 (UTC +04:00)

2006-cı ilin iyul-sentybar aylarında Azərbaycan ərazisində baş vermiş ağır cinayətlərin əksəriyyətinin üstü isti izlərlə açılıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin yaydığı birgə pres-relizdə göstərilib.

Pres-relizdə qeyl olunur ki, daxili işlər və prokurorluq orqanları tərəfindən baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, hüquqazidd əməllərin qarşısının alınması istiqamətində son üç ay ərzində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib.

Həyata keçirilmiş istintaq və axtarış əməliyyat tədbirləri nəticəsində iyul ayında Gədəbəy rayonunun Slavyanka kəndində qətlə yetirilmiş Aleksey Konkinin və onun arvadı Anastasiyanın qatilləri Rafiq Məmmədovla İsrail Qurbanov, avqust ayında qətlə yetirilmiş Gəncə şəhər sakini Şaməddin Qurbanovun qatili Elmar Qurbanov, Sahib Səlimovun qatili Hikmət Dəmirov, Qaradağ rayonu ərazisində qətlə yetirilmiş Şəbnəm Mirzəcanovanın qatilləri Ramil Mirzəcanov və Ağahəsən Mirzəcanov, Şəmkir rayon sakini İbniyamin Yusifovun qatili Samir Abbasov, Mübariz Hüseynovun isə qatili Ruslan Mayılov yaxalanaraq həbs edilib.

Xəbər lenti

Xəbər lenti