...

Xaçmazda Dövlət Orqanlarının fəaliyyətinə ictimai nəzarət şurası yaradılır

Siyasət Materials 9 Oktyabr 2006 17:03 (UTC +04:00)

Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramının həyata keçirilməsinə ictimai nəzarəti təşkil etmək üçün öz fəaliyyəti çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirib. Bu barədə Trend ə Korrupsiyaya qarşı Mübarizə Fondundan məlumat verilib.

Tədbirdə rayonun ictimai və siyasi təşkilatlarının, dövlət, o cümlədən hüquq-mühafizə orqanlarının və KİI-in nümayəndələri iştirak ediblər. Dəyirmi masada "Korrupsiyaya Qarşı Mübarizə haqqında" Qanunun və Dövlət Proqramının yerlərdə icrası və ictimaiyyətin bu mübarizədə yaxından iştirakı məsələləri müzakirə edilib. Iurğulanıb ki, korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin və dövlət orqanlarının birgə fəaliyyətini təşkil etmək vacib amillərdən biridir. Xaçmazda ayrı-ayrı sahələr üzrə korrupsiyanın səviyyəsini öyrənmək üçün yerli əhali arasında araşdırmaların aparılması və ictimai rəyin nəticələrinə əsasən rayonda korrupsiyaya qarşı mübarizə üzrə mexanizmlərin hazırlanması qərara alınıb. Bundan əlavə, əhali arasında korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Hazırkı dövrdə əhalinin ən ağrılı problemlərindən olan ərizə və şikayətlərə baxılması məsələləri də müzakirə olunub və bu işdə əhaliyə yardım etmək üçün müxtəlif təkliflər irəli sürülüb. Korrupsiya və rüşvətxorluq halları ilə rastlaşan rayon əhalisinin və sahibkarların şikayətlərini müxtəlif dövlət orqanlarına istiqamətləndirmək, rayonda korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizəni təşkil etmək üçün ictimaiyyətin və dövlət orqanlarının nümayəndələrindən təşkil ediləcək Xaçmazda Korrupsiyaya qarşı Koordinasiya Şurasının yaradılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti