Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycan musiqiçilərini onun himayəsində olan Qafqaz orkestrinə dəvət edib.
Sandra Rulofsun gürcü jurnalistlərinə verdiyi məlumata görə, o, Qafqaz orkestri üçün iki musiqiçi vermələri üçün Bakı konservatoriyasına müraciət edib.
Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, Qafqaz orkestrinə dirijor Uve Berkemer rəhbərlik edir. Orkestr fəal şəkildə bütün dünya üzrə qastrola çıxır və artıq məşhurluq qazanıb.
Gürcüstanın birinci xanımı bildirib ki, azərbaycanlı musiqiçilər gürcü, rus, dağıstanlı və erməni musiqiçilərlə bir yerdə ifa etməlidirlər və siyasi ixtilaflar ölkələr arasında mədəniyyət və münasibətlərə təsir göstərməməlidir.