...

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Azərbaycana səfər etmək niyyətindədir

Siyasət Materials 11 Oktyabr 2006 14:15 (UTC +04:00)
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Ceff Xun yaxın gələcəkdə Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə Trend ə Böyük Britaniyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda britaniyalı nazir Cənubi Qafqaz regionunda vəziyyəti müzakirə etmək üçün Gürcüstan və Ermənistanda səfərdədir. Səfər zamanı nazir hər iki ölkənin hökumət nümayəndələri ilə görüşəcək və Cənubi Qafqaz regionunda demokratiyanın, dövlət idarəçiliyinin və sabitliyin inkişafı da daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.

Ancaq Ceff Xun regiona hazırkı səfərində iş qrafikinin dolğun olması ilə əlaqədar Bakıya gəlməyəcək. Bu, yaxın gələcəkdə baş tutacaq", - deyə səfirlikdən bildirilib. Həmçinin, o da qeyd olunub ki, səfərin tarixi hələ razılaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti