...

Səməd Seyidov Almaniyanın AŞ PA-dakı nümayəndəsi Raynder Ştenblokla görüşüb

Siyasət Materials 12 Oktyabr 2006 16:51 (UTC +04:00)

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Raynder Ştenblokla görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

S.Seyidov ölkələrimiz arasında əlaqələrin inkişafından danışmış, beynəlxalq təşkilatlarda, eləcə də AŞPA-da bəzi məsələlərin müzakirəsində Almaniya ilə eyni mövqedən çıxış etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın Avropa Şurası ilə də əlaqələri gün-gündən genişlənir. Bu ilin noyabr və dekabr aylarında Bakıda AŞPA-nın iki tədbiri keçiriləcək.

Sonra komissiya sədri regionda həyata keçirilən irimiqyaslı layihələrdən, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmasının əhəmiyyətindən, bu layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan, Almaniyanın 2007-ci ildə Avropa İttifaqına sədrlik edəcəyindən bəhs edib.

Rayder Ştenblok Azərbaycana səfərdə məqsədinin ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olduğunu qeyd edib. Qonaq öz ölkəsinin Azərbaycanla münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti