...

Qaçqınkomun sədri Ə.Həsənov: "2006-cı ildə qaçqın və məcburi köçkünlər üçün 223 milyon manat vəsait ayrılıb"

Siyasət Materials 13 Oktyabr 2006 13:04 (UTC +04:00)
Qaçqınkomun sədri Ə.Həsənov: "2006-cı ildə qaçqın və məcburi köçkünlər  üçün 223 milyon manat vəsait ayrılıb"

2006-cı ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə ümumilikdə 223 milyon yeni Azərbaycan manatı həcmində vəsait ayrılması nəzərdə tutulub. Trend in məluatına görə, bu barədə oktyabrın 13-də mətbuat konfransı keçirən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov açıqlama verib.

Əli Həsənov qeyd edib ki, bu məbləğin 86,6 milyon manatı dövlət büdcəsindən Qaçqınkoma ayrılıb. 110 milyon manatı dövlət Neft Fondu, 26 milyon manatı isə 76 humanitar təşkilat tərəfindən ayrılıb.

Dövlət Komitəsi tərəfindən sərf olunması nəzərdə tutulan 86,6 milyon manatın 39 milyonu yemək xərcləri üçün ayrılıb. Əli Həsənovun sözlərinə görə, hər bir adama 6 manat yemək müavinəti düşür və onlar bu pulları plastik kartlarla alırlar. Komitə sədri qeyd edib ki, 114 min ailə plastik kart alıb, 15 min isə hələ kartlarla təmin olunmayıb. 26 milyon manat isə kommunikasiya xərclərinə, 7 milyon ağ neftə ayrılıb.

Qaçqınkomun sədri qeyd edib ki, 11 milyon manatlıq ərzaq təminatı "Azərsun" şirkəti tərəfindən məcburi köçkünlərə paylanılır. Ə.Həsənovun sözləinə görə, Qaçqınkom və yerli icra strukturları ərzaqların paylanmasında artıq iştirak etmirlər: "Mən bunu təsadüfən vurğulamıram. Çünki əvvəllər bu məsələ ilə bağlı söz-söhbətlər yaranırdı. Biz dövlət başçısının tapşırığı ilə artıq insan əlaqəsi faktorunu aradan qaldırmışıq və beynəlxalq qurumlar da bunu təsdiq edirlər. Azərbaycanın adını bu sahədə yeyintilər olan dövlətlər sırasından çıxarmışıq"-deyə Ə.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti