...

Hafiz Paşayev: Azərbaycan Diplomatiya Akademiyası üç istiqamətdə fəaliyyət göstərəcək

Siyasət Materials 17 Oktyabr 2006 14:00 (UTC +04:00)
Hafiz Paşayev: Azərbaycan Diplomatiya Akademiyası üç istiqamətdə fəaliyyət göstərəcək

ABŞ-ın Ticarətin inkişafı üzrə agentliyi Azərbaycan Diplomatiya Akademiyasının konseptual əsas layihəsini maliyyələşdirə bilər. Trend xəbər verir ki, bu barədə oktyabrın 17-də tematik brifinqdə Azərbaycanın xarici işlər nazirinin müavini, Akademiyanın rektoru Hafiz Paşayev məlumat verib.

Layihə artıq agentliyin müzakirəsinə təqdim olunub. Layihədə 3 mərhələ nəzərdə tutulub: Azərbaycanın beynəlxalq qurumlar və xarici ölkələrdə işləyən nazirlik və idarə əməkdaşlarının ixtisasının artırılması üzrə kursların təşkil olunması; biznes, ekologiya, diplomatiya, beynəlxalq jurnalistika, energetika, təhlükəsizlik və b. sahələri əhatə edən magistratura üzrə proqramların reallaşdırılması; bakalavriat. Akademiya pektorunun sözlərinə görə, yerli mütəxəssislərlə yanaşı təhsil prosesinə dünya miqyasında tanınmış alim və mütəxəssislər də cəlb olunacaq.

Akademiyada təhsil ödənişli olacaq, dövlət qurumları onların əməkdaşlarının təhsil aldığı kursları ödəyəcəklər. Akademiyaya əcnəbilər, əsasən ərəb ölkələrinin vətəndaşları cəlb olunacaq. Rektorun sözlərinə görə, Akademiya Fondunun yaradılması planlaşdırılır.

H.Paşayevin qeyd etdiyi kimi, o, Akademiya şəhərciyi yaratmağı planlaşdırır ki, burada akademiyanın binasından başqa elmi mərkəz də fəaliyyət göstərəcək. Bu cür şəhərciyin tikintisi üçün ərazinin şəhərdən kənar yerdə seçilməsi planlaşdırılır. H.Paşayevin sözlərinə görə, ora "beyin mərkəzi" olmalı, politoloq, jurnalist, müxtəlif ixtisaslı mütəxəssislər bura yığışmalı və onlar burada müxtəlif diskussiyalar aparmaq, tanınmış politoloqların mühazirələrini dinləmək imkanına malik olmalıdırlar.

Xatırladaq ki, Azərbaycan prezidenti Diplomatiya Akademiyasının təsis olunması haqqında sərəncamı bu ilin fevral ayında verib, iyul ayında isə Akademiyanın rektoru təyin olunub. Hafiz Paşayev bu vəzifəyə təyin olunana qədər Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsini icra edib.

Xəbər lenti

Xəbər lenti