...

"Avrasiya fondu" "Cənubi Qafqaz ölkələrinin əməkdaşlıq proqramı"nı həyata keçirir

Siyasət Materials 26 Oktyabr 2006 15:18 (UTC +04:00)

"Avrasiya fondu" "Cənubi Qafqaz ölkələrinin əməkdaşlıq proqramı"nı həyata keçirir. Proqramın meneceri İrakli Matkavanın Trend in Tiflisdəki xüsusi müxbirinə verdiyi məlumata görə, proqram vətəndaş cəmiyyəti, xüsusi sahibkarlıq və açıq siyasətin inkişafına yeni yanaşmanın dəstəklənməsinə yönəldilib.

Onun sözlərinə görə, proqram Avropa Qonşuluq Siyasətinə doğru yolda Azərbaycan, Gürcüstan və Ermənistana kömək etmək üçün kifayət qədər vəsaitə malikdir.

Cari ilin iyun ayında proqram çərçivəsində "Vətəndaş cəmiyyətinin Avropaya inteqrasiya prosesində iştirakı" adlı 18 ay davam edəcək yeni istiqamətin inkişafına başlanılıb.

İ.Matkava qeyd edib ki, proqramın əsas məqsədi qonşuluq çərçivəsində üçtərəfli və dördtərəfli əməkdaşlığa yardım etməkdən, proqramın iştirakçısı olan ölkələrin hökumət və qeyri-hökumət sektorları arasında dialoqu inkişaf etdirməkdən, Avropa mehriban qonşuluq siyasətinin həyata keçirilməsi perspektivləri barədə məlumatlılığı artırmaqdan ibarətdir.

Proqram çərçivəsində beynəlxalq forumlar keçirilir. Bu forumlarda tərəflər görülmüş işləri müzakirə edir və gələcək birgə fəaliyyətlərini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti