...

Azərbaycan və AB parlamentariləri Brüsseldə toplaşacaq

Siyasət Materials 27 Oktyabr 2006 12:09 (UTC +04:00)

Noyabrın 21-22-də Brüsseldə Avropa-Birliyi-Azərbaycan parlament əməkdaşlıq komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

İclasda Azərbaycan parlamentinin nümayəndə heyətinə Milli Məclisin vitse-spikeri, Avropa Parlamenti ilə münasibətləri inkişaf etdirən Valeh Ələsgərov rəhbərlik edəcək.

İclasda tərəflər arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunacaq, gələcək planlar müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti