Müasir Müsavat Partiyası (MMP) oktyabrın 31-də saat 15.00-da Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz piketi keçirəcək. Bu barədə Trend ə MMP mətbuat xidmətindən bildiriblər.
Piketin keçirilməsinə səbəb Fransa parlamentinin Milli Assambleyasında qondarma erməni soyqırımının tanınmaması ilə bağlı qəbul edilən məlum qanun layihəsinə etirazdır. MMP-dən onu da bildiriblər ki, piketdə 50-yə yaxın partiya üzvünün iştirakı planlaşdırılıb. Piketin keçiriləcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.
Müxalifət yönümlü MMP 2002-ci ildə Hafiz Hacıyevin təşəbbüsü ilə yaradılıb. Partiyanın sədri də hazırda özüdür.