"Azərbaycanda maliyyə-kəşfiyyat bürosu prokurorluq orqanları çərçivəsində yaradılmalıdır". Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 30-da Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov bəyan edib.
O qeyd edib ki, artıq Azərbaycan Prokurorluğu nəzdində Korrupsiya ilə Mübarizə İdarəsi mövcuddur və gələcək struktur da prokurorluq orqanları sırasına daxil edilə bilər. Ancaq bu strukturlar eyni funksiyaları yerinə yetirməyəcək. Büro daha böyük səlahiyyətlərə malik olacaq", - deyə baş prokuror müavini bildirib. O əlavə edib ki, hazırda müvafiq qanunvericiliyn hazırlanması üzərində iş gedir.