...

Azərbaycan prezidenti İspaniyanın səhiyyə və istehlak nazirini qəbul edib

Siyasət Materials 30 Oktyabr 2006 16:47 (UTC +04:00)

Trend in xəbər vediyi kimi, oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Bakıda İspaniyanın səhiyyə və istehlak naziri Yelena Salqadonu qəbul edib.

Nazir İspaniya hökumətinin Azərbaycana səfər edən ilk üzvü olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, bu, ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edəcək. Y.Salqado İspaniya hökumətinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu və bunun üçün yaxşı potensialın mövcudluğunu nəzərə çatdırıb.

Öz növbəsində dövlət başçısı da ümidvar olduğunu bildirib ki, səfər Azərbaycan və İspaniya arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. İlham Əliyev qeyd edib ki, Azərbaycanın İspaniyaya verdiyi əhəmiyyətin göstəricisi bu yaxınlarda Madriddə səfirliyin açılmasıdır.

Xəbər lenti

Xəbər lenti