...

Müasir Müsavat Partiyası oktyabrın 31-də Fransa səfirliyi qarşısında piket keçirəcək

Siyasət Materials 30 Oktyabr 2006 18:32 (UTC +04:00)

Müasir Müsavat Partiyası oktyabrın 31-də saat 15.00-dan 15.30-dək Fransanın Bakıdakı səfirliyi qarşısında piket keçirəcək. Bu barədə Trend ə Müasir Müsavat Partiyasından məlumat verilib.

Partiya Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəzanı nəzərdə tutan qanun qəbul edilməsinə etirazını bildirir. Etiraz aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Qeyd edək ki, müxalifətyönümlü Müasir Müsavat Partiyası Hafiz Hacıyevin rəhbərliyi ilə Müsavat Partiyasından ayrılmış bir qrup şəxs tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti