Oktyabrın 31-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində öz işinə başlayan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin ilk toplantısında Azərbaycanın daxili işlər naziri general polkovnik Ramil Usubov da iştirak edir. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
İki gün davam edəcək iclasda beynəlxalq terrorizm və ekstremizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik maddələrin qaçaqmalçılığı, insan alveri, çirkli pulların yuyulması ilə mübarizə və digər məsələlər müzakirə ediləcək.