...

Azərbaycanda əmlakın qiymətləndirilməsi sisteminə yenidən baxılacaq

Siyasət Materials 31 Oktyabr 2006 19:09 (UTC +04:00)
Azərbaycanda əmlakın qiymətləndirilməsi sisteminə yenidən baxılacaq

Azərbaycan Vergilər Nazirliyi bazar qiymətlərinə müvafiq olaraq Əmlakın nizamlanması üçün Əsasnamə hazırlayır. Bu barədə bələdiyyələrlə bugünkü görüşdə Daşınmaz əmlak dövlət reyestr xidmətinin başçısı Arif Qaraşov bildirib və qeyd edib ki, bu tapşırıq 6 ay ərzində ölkənin iqtisadi həyatındakı yekunların müzakirəsi üzrə Nazirlər Kabinetinin toplantısında verilib. Onun sözlərinə görə, əmlakın dəyərinin müəyyənləşdirilməsinin yeni qaydaları əhalinin yüksək və orta təbəqələrinin əmlakından asılı olaraq vergi üzrə ödənişləri dəqiq şəkildə müəyyənləşdirməyə imkan verəcək.

Hazırda əmlak vergisi əmlakın inventar dəyərinin 0,01% həcmində tutulur. Bu zaman 30 mln. köhnə manata qədər qiyməti olan əmlak (6 min yeni manat) vergi qoymadan azad olunur. A.Qaraşovun fikrincə, bu ədalətsiz bölgü prinsipidir, ona görə də aradan qaldırılmalıdır.

Fiziki şəxslərdən əmlak vergisi bələdiyyə büdcəsinin gəlir mənbələrindən biri olduğundan, onlar bu gün başlıca problemlərdən biri kimi əmlakın düzgün qiymətləndirilməməsi sistemini göstərirlər. Nəticədə hətta əmlakın qiyməti yüksək olan zaman da onlar əmlak vergisindən çox cüzi daxilolmalar əldə edirlər. Bu problemlə xüsusilə Nərimanov rayonu bələdiyyəsinin başçısı çıxış edib, çünki məhz həmin rayon 1 mln. ABŞ dollarına qədər qiyməti olan bahalı əmlakların olması ilə fərqlənir.

Xəbər lenti

Xəbər lenti