...

Nazir: Türkiyə Qara dənizin qərb hissəsindən hər il 250 mln. kubmetrdən artıq qaz hasil etməyi planlaşdırır

Siyasət Materials 11 Noyabr 2006 12:18 (UTC +04:00)

Türkiyənin energetika naziri Hilmi Gülər bu ilin sonunda Qara dənizin qərb hissəsində Akçakoca ərazisində təbii qaz hasilatının başlanması planlarını açıqlayıb. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir. Qaz hasilatının başlanması planları bu ərazidə Türkiyənin TPAO şirkəti tərəfindən uğurlu tədqiqatından sonra yaranıb.

Ölkə parlamentində çıxış edən nazir qeyd edib ki, təbii qaz qazılmış 13 quyunun 9-dan alınıb və yanacaq hasilatının sutkalıq həcmi 700 min m3 (ildə 255,5 mln. m3) təşkil edəcək.

Nazir qeyd edib ki, yanvar-sentyabr aylarında Türkiyə öz ehtiyacları üçün 22 mlrd. m3 qaz idxal edib. Bu həcmdən 56% elektrik enerjisinin istehsalı, 22% əhalinin məişət ehtiyacları üçün sərf olunub, 21%-dən sənayədə istifadə olunub.

"İlin sonunadək Türkiyəyə ümumi qaz ixracı 27 mlrd. m3 təşkil edəcək", - deyə o bildirib. TPAO əməliyyatlarına gəlincə nazir bildirib ki, 2008-ci ildə Azərbaycan və Qazaxıstandakı hasilat hesabına bu şirkətin payına sutkada 100 min barel neft düşəcək.

Xəbər lenti

Xəbər lenti