...

Azərbaycanda İsrail həftəsi başlayıb

Siyasət Materials 21 Noyabr 2006 20:54 (UTC +04:00)

Bu gün Azərbaycan Dillər Universitetində Azərbaycanda İsrail həftəsinin açılışı olub. Trend -in məlumatına görə, İsrail Parlamentinin vitse-spikeri Amnon Kuen, Parlamentin deputatı Sofa Lanqver, İsrailin Azərbaycandakı səfiri Artur Lenk iştirak edib.

Tədbirdə Azər Qəribovun İsrail haqqında sənədli filmi, eyni zamanda İsrail kinomatoqrafçılarının "Suriyalı gəlin" filmi nümayiş etdirilib.

AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Azərbaycanla İsrail arasındakı yaxşı münasibətləri vurğulayıb. O qeyd edib ki, Bakıda İzrail mərkəzi mövcuddur, Dillər Universitetində doqquz azərbaycanlı tələbə ivrit dilini öyrənir və bir tələbə İsraildə təhsil alır.

A.Lenk Azərbaycandakı İsrail mərkəzinə və "Soxnut" şirkətinə Azərbaycanda İsrail həftəsi keçirdiyinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Bakıda, Sumqayıtda, Lənkəranda və Qubada keçiriləgək İsrail həftəsində bu ölkənin 6 filmi nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti