...

XİN Dağlıq Qarabağ regionunda qondarma "konstitusion referendum" keçirmək niyyəti ilə əlaqədar bəyanatla çıxış edib

Siyasət Materials 2 Dekabr 2006 16:20 (UTC +04:00)
XİN Dağlıq Qarabağ regionunda qondarma "konstitusion referendum" keçirmək niyyəti ilə əlaqədar bəyanatla çıxış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi dekabrın 2 -də Bəyanatla çıxış edib.Trend agentliyi xəbər verir ki,bəyanatda deyilir.

Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlara əsasən, 2006-cı ilin dekabr ayının 10-da Ermənistan Respublikasının yaratdığı qeyri-qanuni hərbi rejim Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma "konstitusion referendum" keçirmək niyyətindədir.

Adı çəkilən akt Azərbaycan Konstitusiyası ilə yanaşı, beynəlxalq hüquq norma və prinsiplərini pozur və hal hazırda davam edən sülh prosesinə mane olur. Qondarma "referendum" və onun nəticələrinin heç bir qanuni effekti olmayacaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində Azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri dəhşətli etnik təmizləmə və işğalçılığı barədə kifayət qədər xəbərdar olan beynəlxalq ictimaiyyəti aldada bilməyəcək.

Dağlıq Qarabağ regionu əhalisinin özünü idarəetmə haqqında hər hansı konstitusion sənəd yalnız regionun bütöv erməni və azərbaycanlı icmalarının tam, bərabər və birbaşa iştirak edə biləcəyi son dərəcə dəqiq işlənmiş qanuni, demokratik və sülh prosesi vasitəsi ilə həyata keçirilə bilər.

Azərbaycan heç vaxt Ermənistan tərəfinin həyata keçirdiyi fait accompli (baş vermiş fakt) bədnam təcrübəsinə əsaslanan və regionda davamlı sülh və sabitliyə nail olmaq üçün göstərilən səylərə tamamilə ziddiyyət təşkil edən bu kimi qanunsuz aktlarını tanımayacaq.

Xəbər lenti

Xəbər lenti