...

HP şirkətinin MDB ölkələri üzrə başçısı: Azərbaycanda IT texnologiyalarının inkişafı üçün əlverişli iqlim mövcuddur

Siyasət Materials 21 Dekabr 2006 11:10 (UTC +04:00)
HP şirkətinin MDB ölkələri üzrə başçısı: Azərbaycanda IT texnologiyalarının inkişafı üçün əlverişli iqlim mövcuddur

Trend in Hewlett Packard şirkətinin MDB ölkələri üzrə baş direktoru Hilmar Lorentslə eksklüziv müsahibəsi:

- Siz Azərbaycanın IT bazarının cari vəziyyətini necə qiymətləndirirsiniz?

- Mən Azərbaycanın IT sahəsinin vəziyyətini son dərəcə müsbət qiymətləndirirəm. Ölkənizdə informasiya- kommunikasiya texnologiyalarının inkişafı üçün əlverişli iqlim mövcuddur. O, əsasən, dövlət başçısı İlham Əliyevin şəxsən özünün başlıca vəzifə kimi ölkədə bu sahənin inkişafına xüsusi diqqət verməsinə də əsaslanır. Mənim fikrimcə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ətrafında çox yaxşı komanda toplaşıb və onlar öz işlərini lazımi səviyyədə görürlər. Biz vaxtaşırı olaraq Rabitə Nazirliyində görüşlər keçiririk, tərəflər əməkdaşlıqda maraqlıdırlar.
Bu amillər ən başlıcadır. Heç nə əbəs yerə yaradılmır və məsələlər öz-özünə həll olunmur. Burada şübhəsiz yardım etmək və artıq qəbul olunmuş qərarları reallaşdırmaq bacarığı lazımdır.

- Azərbaycanda regional innovasiya zonasının yaradılmasına fəal hazırlıq işləri görülür. HP -nin bununla bağlı hər hansı planları varmı?

- Bəli, biz bu layihədə iştirakda maraqlıyıq və bu məsələyə dair hökümətlə bəzi müzakirələr aparırıq. Bu günlərdə biz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdük. Bizim layihədə iştirak məsələmiz görüşdə müzakirə olunan məsələlərdən biri idi. Çox güman ki, biz, əsasən, IT sahəsində yüksək ixtisaslı kadr hazırlayan qismində bu layihədə iştirak edəcəyik. Hesab edirəm ki, belə bir zonanın yaradılması - yüksək texnologiyalar sahəsində səy və biliklərin toplanması baxımından Azərbaycanda bu sahənin inkişafı üçün əhəmiyyətli şərtdir.

- HP Azərbaycanda daha hansı sahələrdə iş görməkdə maraqlıdır?

- Biz Azərbaycanda "elektron hökümət", maliyyə sektoru, təhsil sahələrində iş görməkdə maraqlıyıq. Sizə kiçik bir sirri açmaq istəyirəm: bizdə daxili yarış var idi ki, kim birinci HP ilə birgə şagirdlərin valideynlərinə yüksək texnologiyaların köməyi ilə onların müvəffəqiyyət dərəcəsi və məktəbdəki davamiyyəti haqqında məlumat əldə etmək üçün imkanın yaradılması üzrə Azərbaycan Təhsil Nazirliyinin pilot layihəsini həyata keçirəcək. Bu, bizim burada olmağımızın başlıca elementlərindən biridir. Azərbaycanda bu, ilk dəfə edilib. Həmin layihə ərəfəsində biz təhsil naziri Misir Mərdanovla görüşdük və o qeyd etdi ki, belə bir layihənin reallaşdırılması haqqında bütün ölkə bilməlidir.
Bax, bütün bu addımlar şirkətimizin Azərbaycanın ictimai və iqtisadi həyatının müxtəlif sahələrində müsbət işlər gördüyünü göstərir. Gələcəkdə biz bu strategiyanı daha da çox gücləndirmək niyyətindəyik.

- Necə hesab edirsiniz, 10 illik fəaliyyət dövründə MDB məkanında hansı bazar ən çox inkişaf edib?

- Güman edirəm ki, bu, ən çətin sualdır. Əgər MDB ölkələri bazarlarının ayrı-ayrı seqmentlərini təhlil etsək, buna dəqiq cavab vermək mümkün deyil. Mənim fikrimcə, MDB bazarında hər yerdə inkişafın müşahidə olunması əhəmiyyətli elementdir. Təbii ki, bu ölkələr arasında fərq var, elə ölkələr var ki, orada neft var, elələri də var ki, orada neft yoxdur.
Məsələn, biz aralarında çox böyük fərqlərin olduğu Azərbaycan və Monqolustanı müqayisə etsək, o zaman bu, düzgün olmayacaq. Lakin digər tərəfdən, bizim məqsədimiz ölkədən asılı olmayaraq, ən yaxşı nəticələrə nail olmaqdır.

- HP-nin MDB-də, o cümlədən Azərbaycanda başlıca strategiyası nədən ibarətdir?

- Biznesin siması var. Komandamızın vəzifəsi- bizim haradasa deyil, MDB ölkələrində işlədiyimizi başa düşməkdir. Məsələni rəsmi şəkildə nəzərdən keçirmək lazım deyil, sifarişçilər, tərəfdaşlar arasında ən yaxşı münasibətləri yaratmağa çalışmaq lazımdır. Təbii ki, biz bunu da başa düşürük ki, qarşımızda məqsəd və vaxt var ki, həmin vaxt ərzində biz hansısa məhsulları, ehtiyat hissələrini bura çatdırmalı, yenilikləri tətbiq etməliyik. Bu, eyni işi mənim vətənim olan Almaniyada yerinə yetirməkdən bir qədər çətindir.

Xəbər lenti

Xəbər lenti