...

BVF nümayəndəliyinin rəhbəri: Beynəlxalq Valyuta Fondu tariflərin qalxması ilə bağlı təsiri Azərbaycan hökuməti ilə müzakirə edəcək

Siyasət Materials 8 Yanvar 2007 13:55 (UTC +04:00)
BVF nümayəndəliyinin rəhbəri:  Beynəlxalq Valyuta Fondu tariflərin qalxması ilə bağlı təsiri Azərbaycan hökuməti ilə müzakirə edəcək

Beynəlxalq Valyuta Fondu (BVF) kommunal xidmətlər və enerjidaşıyıcılarının qiymətinin qalxması ilə bağlı Tarif Şurasının qərarını nəzərə almaqla 2007-ci il üçün inflaysiya ilə bağlı Azərbaycan Milli Bankının pronozlarında dəyişikliyi nəzərdə tutur.

BVF-nin Bakı nümayəndəliyinin başçısı Bazel Zavoykonun bazar ertəsi eksklüziv olaraq Trend ə bildirdiyinə görə, bu il birrəqəmli inflyasiyaya nail olmaq Azərbaycan üçün çətin olacaq.

B.Zavoyko bildirib: "İnflyasiya proseslərinin pronozlaşdırılması zamanı Milli Bank adətən istehlak mallarının qiymətini və inzibati tənzimlənən qiymətləri öz hesabatlarına daxil etmir, çünki bu qiymətlər daim dəyişir və Milli Bank hökumətin gələn il üçün fəaliyyəti barədə bir fikir bildirə bilmir. Bununla əlaqədar olaraq istehlak qiymətlərinin artması tempini pronozlaşdıran zaman Milli Bank hazırkı artımı nəzərə almayıb, lakin birmənalı şəkildə ikirəqəmli inflyasiya qaçılmazdır".

Valyuta Fondunun nümaəyəndəliyinin rəhbəri qeyd edib ki, tariflərin hazırkı artımı və onun inflyasiya və dövlət büdcəsinə təsiri BFV-nin fevral missiyasının çərçivəsində Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentin direktor müavini Vitaliy Kramarenkonun başçılığı ilə müzakirələrin predmeti olacaq.

İlk səfərində (2006-cı il sentyabrında) V.Kramarenko hələ 2006-cı il üçün Azəbaycanda istehlak inflyasiyasını ikirəqəmli səviyyədə pronozlaşdırmışdı. BVF bildirir ki, altı ay gecikdirilən dövlət xərcləri inflyasiya göstəricilərinə təsir edəcək. Ona görə 2006-cı il büdcəsinin fiskal nəticələri 2007-ci ilin ortaları üçün təsirini göstərəcək, hazırkı qiymət artımı nəzərə alınmasa.

Xəbər lenti

Xəbər lenti