...

Hadı Rəcəbli: "Minimum əmək haqqının və pensiyaların baza hissəsinin artırılmasına büdcədən əlavə 700 milyon manat vəsait ayrılacaq"

Siyasət Materials 23 Yanvar 2007 17:22 (UTC +04:00)

Minimum əmək haqqının və pensiyaların baza hissəsinin artırılmasına dövlət büdcəsindən əlavə olaraq 700 milyon manat vəsait ayrılacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Sosial siyasət daimi komissiyasın sədri, millət vəkili Hadı Rəcəbli bildirib.

"2007-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman minimum əmək haqqının və pensiyaların baza hissəsinin 40 manata qədər artırılması nəzərdə tutulmuşdu. Fevralın 1-dən etibarən minimum əmək haqqının və pensiyaların baza hissəsi 50 manat olacaq. Bu da müsbət haldır", - deyə komissiya sədri vurğulayıb.

Onun sözlərinə görə, enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılması nəticəsində dövlət büdcəsinə əlavə olaraq 200 milyon manat vəsait daxil olacaq.

H.Rəcəbli deyib ki, Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə 2006-cı ilin sosial-iqtisadi yekunları və 2007-ci ildə qarşıda duran əsas vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlər dövlətin aztəminatlı insanların yanında olduğunu bir daha sübüt etdi: "Biz demişdik ki, prezident enerji daşıyıcılarının qiymətlərinin artırılmasına münasibət bildirəcək. Bu münasibət biz gözlədiyimizdən də yaxşı oldu."

Xəbər lenti

Xəbər lenti