...

Azərbaycan prezidenti Davosda Ümumdünya iqtisadi forumunda çıxış edib

Siyasət Materials 25 Yanvar 2007 18:26 (UTC +04:00)
Azərbaycan prezidenti Davosda Ümumdünya iqtisadi forumunda çıxış edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 25-də Davosda Ümumdünya iqtisadi forumunda çıxış edib. Bu barədə Trend xəbər verir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda dünya üçün mühüm əhəmiyyət kəsb edən qlobal enerji layihələri həyata keçirilir.

O qeyd edib ki, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu günü-gündən artır. Prezident həmçinin əldə olunmuş uğurlar və ölkənin iqtisadi potensialı haqqında danışıb.

Qeyd edək ki, Foruma 2000-dən çox biznes, siyasi, akademiya, media dairələrinin liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri, xüsusilə Fələstin muxtariyyatı, İraq, İordaniya, ABŞ, İrlandiya, Hindistan, Monako, Əmman, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Malayziya, Sinqapur, Böyük Britaniya, Çin, Fransa, Meksika, İsveç, İsveçrə, Kanada, Nigeriya, Avstriya, Filippin, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, Tanzaniya, Rusiya, Türkiyə, Almaniya, Macarıstan, Belçika, Misir, İran, Koreya, Keniya, Bəhreyn, Manila, İsrail, CAR, Tatarıstan, Vyetnam, İtaliya, Küveyt, Livan, Qazaxıstan, Azərbaycan, Qətər, Avstraliya nümayəndələri dəvət olunub.

Həmçinin Avropa komissiyası, İqtisadi inkişaf və əməkdaşlıq üzrə təşkilat (OECD), İslam konfransı təşkilatı, NATO, Avropa Yenidənqurma və İnkişaf Bankı, BMT və başqa təşkilatların nümayəndələri də iştirak edir. Ehtimal olunur ki, prezidentlər səviyyəsində Forumda həmçinin Fələstin muxtariyyatı,

Meksika, İsveç, İran, Tanzaniya, Braziliya, Filippin, CAR, Latviya təmsil olunacaq.

Xatırladaq ki, yanvarın 24-28-də İsveçrədə keçirilən Ümumdünya iqtisadi forumun illik görüşləri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin İsveçrə prezidenti Mişlin Kalmi-Reylə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti