...

Azərbaycan politoloqları qondarma "soyqırım"ın tanınması üzrə erməni yönümlü konqresmenlərin cəhdlərini pisləyirlər

Siyasət Materials 1 Fevral 2007 13:56 (UTC +04:00)

ABŞ-ın erməni yönümlü konqresmenləri tərəfindən hazırlanmış və Konqresə təqdim olunmuş qondarma erməni "soyqrımı"nın rəsmi tanınması haqqında qanun layihəsinin qəbul olunması real deyil. Bu barədə Trend ə politoloq Vəfa Quluzadə bildirib.

Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlar Yaxın Şərqdə regional dövlətlərin darmadağın edilməsi siyasətini həyata keçirir, İraq dağıdılıb, irəlidə Əfqanıstan məsələsi durur. Beləliklə, Türkiyə bölgədə yeganə böyük müsəlman dövləti olaraq qalır, ona görə də mən hesab edirəm ki, ABŞ gələcəkdə Türkiyəyə zərbə vurmaq üçün zəmin hazırlayır. Politoloq hesab edir ki, NATO üzvünün öz müttəfiqinə bu qədər düşməncəsinə olan hərəkətini başqa şəkildə qiymətləndirmək mümkün deyil.

V.Quluzadənin fikrincə, qondarma erməni "soyqırımı" məsələsi - Amerikanın konqresinin işi deyil, alimlərə aid sualdır və müasir Türkiyəyə heç bir aidiyyatı yoxdur.

Politoloq Rasim Musabəyovun fikrincə isə, administrasiyanın nə Nümayəndələr Palatasında, nə də Senatda əksəriyyəti təşkil etməməsini nəzərə alaraq, qondarma erməni "soyqırımı"nın rəsmi tanınması haqqında qanun layihəsinin ABŞ Konqresi tərəfindən qəbul olunması riski indi kifayət qədər yüksəkdir. O istisna etməyib ki, bu cəhd erməni yönümlü konqresmenlər üçün daha uğurlu ola bilər. Eyni zamanda politoloq hesab edir ki, ABŞ administrasiyası hər halda işi aparmaq və bu vəziyyətin səbəb ola biləcəyi nəticələri izah etmək üçün resurslara malikdir.

Xəbər lenti

Xəbər lenti