...

Nazir: Azərbaycan gəmiçilik şirkətinin yaradılması üçün yunan şirkətləri ilə danışıqlar aparır

Siyasət Materials 2 Fevral 2007 21:02 (UTC +04:00)
Nazir: Azərbaycan gəmiçilik şirkətinin yaradılması üçün yunan şirkətləri ilə danışıqlar aparır

Trend xəbər verir ki, gələn həftə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda gəmiçilik şirkətinin yaradılması layihəsində iştirakla bağlı Solonikidə yunan şirkəti ilə danışıqlar aparacaq.

Cümə günü iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, bir yunan şirkəti ilə danışıqlar başa çatıb, digəri ilə danışıqlar Yunanıstanda aparılacaq. Fevralın 4-5-də Salonikidə QTİB Direktorlar Şurasının iclası keçiriləcək, burada Azərbaycandan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov iştirak edəcək, Bu səfər çərçivəsində də danışıqların aparılmsı planlaşdırılıb.

Nazir bildirib: "Nəzərə alsaq ki, Yunanıstan şirkətləri bu sahədə ən aprıcıdır, danışıqlar məhz onlarla aparılır, bizim məqsədimiz isə maksimum əlverişli şərtlər qazanmaqdır. Biz həmçinin dənizdə neft daşınmasında xidmət göstərən şirkətlərlə də danışıqlar aparırıq. Bütün məsələlər həll edildikdən sonra şirkət yaradılacaq və biz bu işi gecikdirmək istəmirik".

Onun sözlərinə görə, hazırkı mərhələdə bu layihənin realizəsinin səmərəliliyi ilə bağlı müəyyənləşmələr aparılıb. Son mərhələdə daşımalar həyata keçirəcək infrastruktur məsələləri nəzərdən keçiriləcək.

H.Babayev qeyd edib: "Aralıq dənizində daşımalar tankerlərlə həyata keçiriləcək, onları almaq vacib deyil, öz tankerlərini təklif edən şirkətlər var. Bu məsələ son mərhələdə həll ediləcək, belə ki, yeni şirkətin hansı həcmlə fəaliyət göstərcəyi məlum deyil".

İlkin qiymətləndirmələrə görə, gəmiçilik şirkətinin yaradılmasına təxminən 100 mln. tələb olunur. Bunun yaradılmasında Azərbaycan investisiya şirkəti iştirak edəcək.

Şirkətin yaradılması fikri neft hasilatının artması ilə əlaqədardır. Bu xidəmtin təşkili ilə dövlət gəlirlərinin artırılması nəzərdə tutulur. Həmin şirkət ilk növbədə Azərbaycan neftini Batumi, Supsa və Ceyhan limanlarından Qara dəniz və Aralıq dənizi sahilləri, eləcə də Qərbi Avropa ölkələrinə tədarük edəcək.

Xəbər lenti

Xəbər lenti