...

Mərkəzi Seçki Komissiyasının sədri Böyük Britaniyaya səfər edəcək

Siyasət Materials 21 Fevral 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 24-dən martın 4-dək Böyük Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının dəvətilə bu ölkəyə səfər edəcək. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Səfərdə məqsəd Seçki Rəsmiləri Assosiasiyası tərəfindən təşkil olunan konfrans və illik yığıncaqda iştirak etməkdir. M.Pənahovun Seçki Rəsmiləri Assosiasiyasının rəhbəri və Böyük Britaniya Mərkəzi Seçki Komissiyasının sədri ilə də görüşləri planlaşdırılıb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti