...

Azercell ən yaxşı məzmun təminatçılarını mükafatlandırıb

Siyasət Materials 22 Fevral 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın mobil operatoru Azercell BM məzmun təminatçılarının təltifetmə mərasimini keçirib. Şikətin məlumatına əsasən, Azercell BM-in baş müdiri A.Halim Ateş abonentlərini yeni xidmətlərlə sevindirdiklərini və bu işdə çoxsaylı tərəfdaşlarına arxalandıqlarını bildirib.

"Biz keyfiyyətli mobil rabitə təqdim etməklə yanaşı abonentlərimiz üçün çoxsaylı xidmətlər göstəririk. Bu sahədə əldə olunmuş uğurlarda bizim məzmun təminatçılarımızın böyük rolu var. Onların bu rolunu qiymətləndirmək üçün biz məzmun təminatçılarımızı bir neçə qrupa bölərək, onların içərisində ən yaxşı göstəricilərə malik olanları mükafatlandırmağı qərara aldıq", deyə Halim Ateş qeyd edib.

Tədbirdə "Azercell Telekom" BM-in tərəfdaşları olan ən uğurlu məzmun təminatçıları 2005-2006-cı illərdə fəaliyyətlərinin nəticələrinə əsasən, müxtəlif növ mükafatlarla təltif olunub.

Son iki ildə "Azercell Telekom" BM-in abonentlərinin çoxtərəfli maraqlarına cavab verəcək xidmətlər təklif etdiklərinə görə "Qızıl Təminatçı" nominasiyasında qalib "Unimark" şirkəti, "Gümüş Təminatçı" nominasiyasında "DSC" şirkəti, "Bürünc Təminatçı" nominasiyasında isə "Media Service" şirkəti qalib olub.

2005-2006-cı illər üzrə ən çox istifadə edilən məhsulu təqdim edən təminatçılar - "Troy Kommunikasiya" şirkəti, "Unimark" şirkəti və "SMSNET" şirkəti "Qızıl məhsul" nominasiyası ilə mükafatlandırılıb.

Təltifetmə mərasimində 2005-2006-ci illərdə ən az şikayət qəbul edən, ən maraqlı məhsul təmin edən və ən maraqlı reklam təminatçıları da mükafatlandırılıb. Belə ki, göstərilən dövrdə az şikayət qəbul edən məzmun təminatçısı adına "SMSNET", "Ən Uğurlu məhsul" mükafatına "DSC" şirkəti, "Qızıl Reklam" ödülünə "Unimark" şirkəti və "Ən Proqressiv Şirkət" nominasiyasının qalibi adına "Sindbad"şirkəti layiq görülüb.

Təntənəli şəraitdə keçən mərasimdə qaliblərə sertifikat və mükafatları "Azercell Telekom" BM-in baş müdiri cənab A.Halim Ateş şəxsən təqdim edərək, bu tədbirin ənənə halını alacağını bildirib.

Xəbər lenti

Xəbər lenti