...

Prezident İlham Əliyev: Qəbələ rayonunun iqtisadi potensialı artmaqdadır

Siyasət Materials 2 Mart 2007 11:59 (UTC +04:00)
Prezident İlham Əliyev: Qəbələ rayonunun iqtisadi potensialı artmaqdadır

Azərbaycan, Qəbələ/müxbir Trend A.İsmayılova/Qəbələ rayonunun iqtisadi potensialı artmaqdadır və burada əsas diqqət böyük infrastruktur layihələrə ayrılır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Qəbələdə Heydər Əliyev Muzeyinin açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, rayonun inkişafı 2002-ci ildə prezident Heydər Əliyevin rayona səfərindən sonra başlayıb.

İlham Əliyevin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət Proqramı çərçivəsində Qəbələ rayonunda yeni mehmanxanalar tikilir və turizmin inkişafı üçün yaxşı şərtlər mövcuddur. Həmçinin yeni müəssisələr yaradılır.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan əhalisi artır və artıq 8 milyon 500 min nəfərə çatıb. Əgər 2006-cı ildə ölkənin ÜMD 34%-ə çatmışdısa, artıq 2007-ci ilin yanvarında bu göstərici təxminən 50%-ə çatıb.

"Mənim məqsədim yoxsulluğu aradan qaldırmaqdır. İstəyirəm ki, əsasən regionlarda işləmək istəyən bütün insanlar işlə təmin olunsunlar", deyə Azərbaycan prezidenti bildirib.

İlham Əliyev həmçinin Azərbaycanın böyük regional layihələrdə iştirak etməsi barədə də danışıb. Prezident həmçinin Bakı-Axalkələk-Qars dəmir yolu layihəsini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti