...

Çin Kommunist Partiyasının nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 26 Mart 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Çinin hakim partiyası olan Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının dəvəti ilə martın 27-dən 29-dək Bakıda səfərdə olacaqlar. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev bildirib ki, Çin nümayəndə heyəti ilk olaraq martın 27-də saat 11.00-da Fəxri Xiyabanda mərhum eks-prezident Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Çin nümayəndə heyəti elə həmin gün saat 12.00-da YAP-ın mənzil qərərgahında Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə görüşəcək.

Saat 17.00-da Heydər Əliyev Fondunu ziyarət edəcək nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşəcəklər.

Çinli qonaqlar martın 28-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi ilə görüşəcəklər. Daha sonra "Neapol" restoranında Azərbaycan-Çin Dostluq Cəmiyyətinin təmsilçiləri ilə nümayəndə heyəti arasında görüş olacaq.

Çin Komminist Partiyasının təmsilçiləri İçəri şəhəri, Şirvanşahlar kompleksini gəzəcəklər, Bakı şəhəri ilə tanış olacaqlar. Çinin Bakıdakı səfirliyində görüş keçirdikdən sonra qonaqların şərəfinə ziyafət verirəcək. Bununla da Çin nümayəndə heyətinin ölkəmizə səfəri başa çatacaq.

H.Paşayev qeyd edib ki, bir neçə il əvvəl Çin Kommunist Partiyası ilə YAP arasında əməkdaşlıq haqqında saziş imzalanıb və iki ölkənin hakim partiyaları arasında yüksək səviyyədə əlaqələr var. Səfər zamanı qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti