...

Bu saatlarda YAP Siyasi Şurasının iclası keçirilir

Siyasət Materials 27 Mart 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu saatlarda hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir. Bu barədə məlumat partiyadan verilib. İclasda partiya rəhbərliyinə daxil olan şəxslər və Siyasi Şuranın üzvləri iştirak edirlər. İclasın gündəliyi açıqlanmır.

Xatırladaq ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti