...

Prezident İlham Əliyev: "Azərbaycan 2016-cı il Yay Olimpiya oyunlarının keçirilməsinə hazırdır"

Siyasət Materials 9 Aprel 2007 12:20 (UTC +04:00)
Prezident İlham Əliyev: "Azərbaycan 2016-cı il Yay Olimpiya oyunlarının keçirilməsinə hazırdır"

Azərbaycan,Masallı/müxbir Trend A.İsmayılova/Azərbaycan Olimpiya oyunlarını təşkil etməyə hazırdır. Bu barədə bu gün Masallı rayonunda (Azərbaycanın cənub regionu) İdman-Olimpiya Kompleksinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib. O, qeyd edib ki, Azərbaycan sözün həqiqi mənasında idman ölkəsinə çevrilib və Azərbaycan potensialını nəzərə alaraq 2016-cı il Yay Olimpiya oyunlarının ölkədə keçirilməsi xahişi ilə beynəlxalq idman strukturlarına müraciət edib. Prezident vurğulayıb ki, beynəlxalq təşkilatların Azərbaycanın müraciətini nəzərə alacağına ümidlidir.

İ.Əliyev xatırladıb ki, Azərbaycanda ilk idman kompleki 2000-ci ildə açılıb. Həmin vaxtdan bu günə qədər 11 idman kompleksi tikilib, 14 kompleksin tikintisinə isə artıq başlanıb. Dövlət başçısı qeyd edib ki, bu cür komplekslər regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Azərbaycanın bütün regionlarında tikiləcək. Olimpiya kompleksinin açılış mərasimində Avropa Olimpiya Kompleksinin prezidenti Patrik Xikki də iştirak edib.

Xəbər lenti

Xəbər lenti