...

BQP sədri: "Ədalət Partiyası ilə Böyük Quruluş Partiyasının birləşməsi mümkün deyil"

Siyasət Materials 18 Aprel 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ədalət Partiyası ilə Böyük Quruluş Partiyasının birləşməsi mümkün deyil və hazırda belə bir məsələ müzakirə olunmur. Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Onun sözlərinə görə, bir müdət əvvəl bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülüb: "Lakin bizi başqa partiyalardan gələn bu cür təşəbbüslər o qədər də maraqlandırmır. Biz müstəqil partiya kimi öz fəaliyyətimizi davam etdiririk", -deyə millət vəkili vurğulayıb.

F.Qəzənfəroğlu vurğulayıb ki, İlyas İsmayılov ona Ədalət Partiyasının sədri olmağı təklif etməyib.

Qeyd edək ki, müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri millət vəkili Fazil Qəzənfəroğludur.

Xəbər lenti

Xəbər lenti