...

Səfir: Polşada Azərbaycan prezidentini gözləyirlər

Siyasət Materials 25 Aprel 2007 15:06 (UTC +04:00)
Səfir: Polşada Azərbaycan prezidentini gözləyirlər

Azərbaycan, Baku /müx. Trend S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyevin mayda Polşayaya nəzərdə tutulan səfəri zamanı Azərbaycanla Polşa arasında siyasi-iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Bu barədə çərşənbə günü Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski məlumat verib.

Dövlət başçısının səfəri zamanı Polşa prezidentinin bu yaxınlarda Azərbaycana etdiyi rəsmi səfər zamanı başlayan danışıqlar davam etdiriləcək. Təmaslar Azərbaycan prezidentinin mayın 11-12-də Krakovda keçiriləcək enerji sammiti çərçivəsində baş tutacaq. Səfirin sözlərinə görə, həmin sammitdə həmçinin Ukrayna, Gürcüstan və Polşa prezidentləri iştirak edəcək.

"Azərbaycan prezidenti bu sammitə dəvət olunub və biz onun iştirakını gözləyirik" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti