...

Politoloq: Ukraynada prezident və baş nazir arasında danışıqlar prosesi faktiki olaraq dayanıb

Siyasət Materials 27 Aprel 2007 20:58 (UTC +04:00)
Politoloq: Ukraynada prezident və baş nazir arasında danışıqlar prosesi faktiki olaraq dayanıb

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitskiy/ Ukraynada prezidentin Ali Radanın buraxılması barədə ikinci fərmanından sonra prezidentlə baş nazir arasında olan danışıqlar faktiki olarq dayanıb. Bu barəd bu gün ukraynalı politoloq, "Penta" tətbiqi siyasi araşdırmalar mərkəzinin idarə heyətinin sədri Vladimr Fesenko bildirib.

"Amma mənə elə gəlir ki, bu proses yenilənəcək, ona görə ki, başqa yol yoxdu, razılaşmaq və böhrandan çıxmanın siyasi və hüquqi yollarını axtarmaq lazımdır",-deyə Fesenko bildirib.

Politoloqun fikrincə prezidentin pqarlamnetin buraxılması barədə ikinci fərmanı verməsi Konstitusiya məhkəməsində vəziyyəti neytrallaşdırmağa və aprelin 2-də verilmiş birinci Fərmanla bağlı işin aparılamsının dayandırmağa yönəlib. V.Fesenko hesab edir ki, bunun üçün zəmin var. "Bir variant hadisələri inkişaf etdirməkdir. Qeyd etmək lazımdır ki, bu halda bu iş üzrə kimin məruzəçi olacağı, onun nə qədər neytral fiqur olacağı, bu fiqura siayasi çağırış nöqteyi nəzərdən hansısa sualların olacağı böyük əhəmiyyət kəsb edir. Bunlar çox mühim məsələlərdir",-deyə Fesenko bildirib.

Politoloqun mümkün hesab etdiyi ikinci variant isə koalisiyanın məsələyə baxılmasınada israr edəcəyi ilə bağlıdır. Fesenko bildirib ki, hər iki fərmanın qeyri konstitusion elan edilməsi nəzərə çatdırlacaq. Bu halda koalisiyajnın taktikası dəyişilməz qalır.

"Konstitusiya məhkəməsindən dəqiq və yararlı məlumatın olmaması, həmçinin birt-birinə

zidd bəyanatlar onu göstərir ki, hazırda orada məsələnin həll olunması üçün çox gərgin və gizli mübarizə gedir. Rəsmi məlumahtın olmaması Konstitusiya məh\kəməsinin hələ yekun qərar qəbul etmədiyini göstərir",-deyə politoloq söyləyib.

Az öncə isə Ukrayna prezidenti parlament seçşilərinin 27 maydan 24 iyuna keçirilməsi barədə Fərman verib. Viktor Yuşşenko öz addımını Mərkəzi Seçki Komissiyasının kvorum olmaması barədə iki ay əvvəl müraciətini nəzərə aldığını bildirib.

Ukrayna Parlamenti Viktor Yuşenkonun bu fərmanının yerinə yetirilməsini qadağan edib. Onlar prezidentin fərmanının nəşrinin "qanuni əsas olmadan" edildiyi barədə qərar veriblər. Ali Radanın qərarı ilə hökumətə və Milli Banka seçkiləri maliyyələşdirməlk qadağan edilib.

Xəbər lenti

Xəbər lenti