...

Azərbaycan prezidenti "Yanar dağ" qoruğunun yaradılması barədə sərəncam imzalayıb

Siyasət Materials 2 May 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Prezident İlham Əliyev "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanar dağ" abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədi ilə abidənin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Qoruğun sənədləşdirilmə işlərinin aparılması və sərəncamdan irəli gələn digər vəzifələrin yerinə yetirilməsi üçün Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti