Azərbaycan, Bakı/ Trend P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü "M.C.Cavadzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.
Cavadzadə Azərbaycanda tibb elminin inkişafındakı böyük xidmətlərinə görə bu mükafata layiq görülüb.
Həmin gün prezident M.Cavadzadəni qəbul edərək "İstiqlal" ordenini ona təqdim edib.