...

Bu il Gəncədə 46 yol qəzası baş verib

Siyasət Materials 23 May 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu il Gəncədə 46 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 7 nəfər ölüb, 39 nəfərsə xəsarət alıb. Bu barədə məlumatı çərşənbə günü Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov verib.

Zeynalov bildirib ki, yol qəzalarından 24-ü nəqliyyat vasitələrinin toqquşması, 17-si piyadaların vurulması, digərləri isə sərxoş halda avtomobili idarəetmə nəticəsindən baş verib.

Ötən ilin müvafiq dövründə 29 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər həlak olub, 32-si isə xəsarət alıb.

Gəncə paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti