...

Qazaxıstan prezidenti Azərbaycan prezidentinə zəng edib

Siyasət Materials 29 May 2007 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Qazaxıstan prezidenti Nursultan Nazarbayev çərşənbə axşamı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Dövlət başçıları ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişafından məmnun olduqlarını və bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliklərini bildiriblər. Ölkə başçıları Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti