...

MDB icraiyyə katibi: Mənim əvəz olunmağım barədə qərarı MDB dövlət başçıları qəbul edəcək

Siyasət Materials 5 İyun 2007 19:41 (UTC +04:00)
MDB icraiyyə katibi: Mənim əvəz olunmağım barədə qərarı MDB dövlət başçıları qəbul edəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İyunun 14-də MDB icra katibi vəzifəsində mənim səlahiyyətlərimin müddəti başa çatır və əvəz olunmağım haqda qərar dövlət başçıları səviyyəsində qəbul olunmalıdır. Bu məsələni prezidentlərə saxladıq, deyə MDB icra katibi çərşənbə axşamı Bakıda rus KİV-lərində nəşr olunanları şərh edərkən bildirib.

Ruşaylo Rusiya KİV-lərinin Rusiya Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Vladimr Veşnyakovun onun yerinə təyin olunmasının mümkünlüyü ilə bağlı məlumatları şərh etməkdən imtina edib.

O söyləyib ki, Bakıya hazırkı səfəri iyunun 10-da Sankt-Peterburqda iqtisadi forum çərçivəsində keçirlməsi planlaşdırılan MDB dövlət başçılarının qeyri-formal sammitinə hazırlıqla bağlıdır.

Prezidentlərin görüşünün gündəliyi ilə bağlı suala cavab verərkən o bildirib ki: "Qeyri-formal sammitlərin gündəliyi əvvəlcədən hazırlanmır, dövlət başçıları istənilən məsələni müzakirəyə çıxara bilər".

Xəbər lenti

Xəbər lenti