...

Qadın alveri ilə məşğul olan Şamaxı sakini tutulub

Siyasət Materials 6 İyun 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Şamaxı rayon sakini Eldəniz Ələsgərov insan alveri ilə məşğul olduğuna görə həbs edilib. Bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ələsgərovun bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Dubay şəhərinə aparıb cinsi istismara məruz qoyması faktı aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti