...

Axşam saatlarında MDB dövlət başçılarının ikitərəfli və çoxtrəfli görüşləri başlanacaq

Siyasət Materials 9 İyun 2007 12:18 (UTC +04:00)
Axşam saatlarında MDB dövlət başçılarının ikitərəfli və çoxtrəfli görüşləri başlanacaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Şənbə günü axşam saat 18.00-dan Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-fopmal görüşü başlanacaq. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov şənbə günü məlumat verib.

İyunun 8-dən Sank-Peterburqda 11-ci İqtisadi Forumu işinə başlayıb. Forum çərçivəsində MDB ölkələrinin rəhbərlərinin görüşləri də nəzərdə tutulub. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev, baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev də iştirak edəcəklər.

Forumdan sonra Azərbaycan prezidentinin və nümayəndə heyəti üzvlərinin digər dövlətlərin başçıları və nümayəndələri ilə ikitərəfli görüşləri olacaq.

Baş konsul bildirib ki, İqtisadi Forumda bir çox ölkələrdən tanınmış iş adamları iştirak edirlər: "Azərbaycan nümayəndə heyəti Forum çərçivəsində ayrı-ayrı komissiyalarda iştirak edəcək, Azərbaycanla bağlı təkliflər verəcək, həmçinin sərgilərlə tanış olacaqlar"-deyə Osmanov məlumat verib.

Bu gün axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşü olacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar görüşdə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti