...

Azərbaycanın hərbi qanunvericiliyində dəyişiklik ediləcək

Siyasət Materials 11 İyun 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Azərbaycan Respublikası  Silahlı Qüvvələri Qarnizon və qaravul xidmətləri nizamnaməsinin təsdiq  edilməsi haqqında"  və "Azərbaycan  Respublikası Silahlı  Qüvvələrinin Daxili Xidmət  nizamnaməsinin  təsdiq  edilməsi haqqında" qanunlarda  dəyişiklik ediləcək.

Artıq məsələyə Milli Məclisin Təhlükəsizlik və müdafiə  məsələləri  daimi  komissiyasında baxılıb və onların parlamentin plenar iclasında müzakirəyə çıxarılması qərara alınıb.

Bu qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan qanunvericilk təşəbbüsü prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Layihədə hərbi sirr anlayışlarının dövlət sirri ilə əvəzlənməsi nəzərdə tutulur. Çünki "Dövlət sirri haqqında" qanunda sirlərin məxfilik dərəcəsi və siyahısı verildiyi üçün həmin qanunlardakı hərbi sirr anlayışına ehtiyac qalmır.

Xəbər lenti

Xəbər lenti