...

Milli Məclis deputat Fəzail Ağamalıya verilən töhmətin ləğvinə ehtiyac görmür

Siyasət Materials 13 İyun 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Milli Məclisin İntizam Komissiyası tərəfindən ona verilən töhmətin ləğv olunması ilə bağlı komissiyaya təqdim etdiyi ərizəni geri görürüb. Bu barədə çərşənbə günü Bakıda Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev məlumat verib.

O qeyd edib ki, Ağamalı ona verilən töhmətin ləğv olunması üçün komissiyaya ərizə ilə müraciət edib. Lakin sonradan ərizəni geri götürüb.

Onun fikrincə, bu məsələ ilə bağlı əlavə müzakirələrin aparılması yersizdir: "Hər iki tərəf layiq olduğu cəzanı alıb. Bununla da məsələyə nöqtə qoyulub". Əbiyevin sözlərinə görə, parlamentin İntizam Komissiyası yenidən bu məsələyə qayıtmayacaq.

Deputat Ağamalı isə İntizam Komissiyası sədrinin dediklərini təkzib edib. Ağamalı bildirib ki, ərizəsini geri götürməyib və ona verilən töhmətin ləğv olunmasında israrlıdır.

Ağamalı vurğulayıb ki, Milli Məclisin payız sessiyasında məsələyə daha ciddi şəkildə qayıdacaq.

Milli Məclisin martın 16-da keçirilən iclasında deputatlar Hüseyn Abdullayev və Fəzail Ağamalı arasında əlbəyaxa dava baş verib. Nəticədə Abdullayevin deputat toxunulmazlığı ləğv olunub, o həbs edilib və sonradan Səbail Rayon Məhkəməsinin qərarı ilə iki il müddətinə azadlıqdan şərti məhrumetmə cəzasına məhkum olunub.

Milli Məclisin İntizam Komissiyası insidentə görə Ağamalıya töhmət verib.

Xəbər lenti

Xəbər lenti