...

Mahmud Əhmədinejad: "İran Azərbaycanla əməkdaşlığa hazırdır"

Siyasət Materials 22 İyun 2007 12:54 (UTC +04:00)
Mahmud Əhmədinejad: "İran Azərbaycanla əməkdaşlığa hazırdır"

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ İran Azərbaycanla əməkdaşlıq etməyə və sıx inkişaf edən əlaqələr saxlamağa hazırdır. Bunun üçün hərtərəfli potensil var. Bu sözləri dünən Tehranda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdə İran prezidenti Mahmud Əhmədinejad deyib.

"İRNA"nın verdiyi xəbərə görə, Əhmədinejad qeyd edib ki, iki dövlət hər iki millətin maraqları əsasında birgə əməkdaşlığı genişləndirməlidir. "Tərəqqi və iki ölkənin gücü həm özlərinə, həm də bölgənin digər millətlərinə xeyr verəcək" - deyə o vurğulayıb.

Öz növbəsində Məmmədyarov qeyd edib ki, Azərbaycan İranın dəyərli təcrübəsindən energetika, mədəniyyət və elektrik stansiyalarının inşası kimi sahələrdə yararlanmaq istəyir. Nazir həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti