...

XİN rəhbəri: Azərbaycan qlobal iqtisadi bazar və beynəlxalq hüquq prinsiplərinə arxalanır

Siyasət Materials 29 İyun 2007 18:52 (UTC +04:00)
XİN rəhbəri: Azərbaycan qlobal iqtisadi bazar və beynəlxalq hüquq prinsiplərinə arxalanır

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycan qlobal iqitisadi bazar, beynəlxalq hüququn prinsipləri, resursların əlverişliliyi və enerji təhlükəsizliyinə arxalanır. Bunu cümə günü ikinci Avropa Şurası-Atlantik Tərəfdaşlıq (AŞAT) Təhlükəsizlik Forumunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Nazir qeyd edib ki, energetika sahəsində problemlərin həll olunmasında beynəlxalq əməkdaşlıq tələb olunur.

"Azərbaycanın məqsədi bejynəlxalq ictimaiyyətlə əməkdaşlığın inkişafıdır",-deyə XİN rəhbəri bildirib.

Öz çıxışında nazir energetika sahəsində Azərbaycanın nailiyyətlərini qeyd edərək ölkənin bu sahədəki təcrübəsindən danışıb.

"Biz stabil enerji istehsalı və enerji ehtiyatlarının nəqlinə nail olmaq üçün qlobal iqtisadi bazarın qaydalarına əməl etməliyik",-deyə nazir bildirib.

Məmmədyarovun sözlərinə görə, gələn il Azərbaycan Bakı-Tiflis-Ceyhan neft kəmərini tam buraxılış gücü ilə istifadə etməyə hazırlaşır.

O bildirib ki, hazırda Avstriya ilə Nabucco Gas Pipeline International Project-lə əməkdaşlıq etmək üçün danışıqlar aparılır.

"Bu, Azərbaycan üçün çox mühüm layihədir, ona görə ki, Nabucco xarici qaz tədarükçüləri üçün çox cəlbedicidir", - deyə Məmmədyarov əlavə edib.

AŞAT Təhlükəsizlik Forumu bir növ NATO-ya üzv və tərəfdaş ölkələrin qeyri-formal sammitidir. Forumun əsas mövzusu: "Sülh və stabilliyə yardım: cari çağırışlar və qərarlar". Tədbirin gedişində əsas diqqət Əfqanıstan və Balkanlarda stabilliyin təmin olunması ilə bağlı problemin müzakirəsinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti